Dünya

Azərbaycan millisinin futbolçusu alman hakimdən narazı qalıb: “Federasiya onlara əlavə kurs keçsin”

Sharing is caring!

Azərbaycan yığmasının üzvü Dmitri Nazarov Almaniya III Bundesliqasının XXV turunda “Dinamo” (Drezden) səfər oyunundan (0:1) sonra hakimlər briqadasını sərt tənqid edib.

Əslən Qazaxıstandan olan milliləşdirilmiş futbolçu referilərin çox təkəbbürlü olduqlarını söyləyib:

“Hakimlərlə danışa bilmirsən. Çünki çox təkəbbürlüdürlər. Hər epizoda penalti vermək lazım deyil, amma son epizod fərqli idi. Belə şeylər məni dəli edir. Sənə heç nə deməyə imkan vermirlər, əsəblərimi güclə saxlayıram. Ən yaxşı hakim Deniz Aytekinə baxın. O, futbolçularla danışır, vəziyyəti izah edir. Amma digərləri danışmağa imkan vermirlər. Çox iyrənc vəziyyətdir. Federasiyanın pulu var, bəlkə, hakimlər üçün əlavə kurs keçə bilərlər”.

Sözügedən oyunu Tobias Velts idarə edib. Nazarovun komandası “Aue” hazırda 30 xalla turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.

Mənbə: Dnn.de

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir