Cəmiyyət

Bakının iki böyük qəsəbəsinin küçələrini su basıb – VİDEO

Sharing is caring!


Bakının Kürdəxanı qəsəbəsinin sakinləri yağış sularının küçələri bərbad vəziyyətə salmasından sikayətçidirlər. Sakinlər iddia edirlər ki, hər dəfə yağış yağanda küçələri su basır. Zabrat qəsəbəsinin sakinləri də, analoji problemlə üzləşiblər.

Xezerxeber.az-ın məlumatına görə, sakinlər iddia edirlər ki, burada illərdir eyni vəziyyət hökm sürür. Onlar problemlə bağlı aidiyyəti qurumlara müraciət etsələr də, nəticəsi olmayıb.

Sakinlərin iddiasına görə, illərdir ki, yağış yağanda küçədə gölməçələr yaranır.

“Azərsu” Açıq Səhmdar Cəmiyyətindən bildirildi ki, sözügedən ərazilərdə kanalizasiya infrastrukturu mövcud deyil. Ona görə də, qurumun edəcəyi bir iş yoxdur. Sabunçu Rayon İcra Hakimiyyətindən isə zənglərə cavab verən tapılmadı.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir