Cəmiyyət

Bakıda qurbanlıq heyvan kəsimi məntəqəsindən FOTOREPORTAJ

Sharing is caring!

Azərbaycanda Qurban bayramı qeyd olunur.

Bayram hazırlıqları səhər saatlarından başlayıb və insanlar qurbanlarını kəsirlər. 

İyulun 9-10-da qeyd olunacaq Qurban bayramı günlərində qurbanlıq heyvan kəsimi və satışının müvafiq norma və qaydalara uyğun, təhlükəsiz və sağlam şəraitdə həyata keçirilməsi məqsədilə ölkə üzrə 134 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil edilib.

Keşlə bazarı ərazisində də baş tutan satış və kəsim prosesində din xadimlərinin, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Kənd Təsərrüfatı Nazirliyinin (KTN) nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Qurban bayramı və ya dini qurban kəsmə bayramı – islam aləmində ən müqəddəs bayramlardan biridir. Bütün müsəlman aləmində hər il hicri təqvimi ilə zilhiccə ayının 10-cu günündən başlayır və adətən üç gün davam edir.

“Global Photo Stock”un əməkdaşı ərazidən fotolar lentə alıb.

Həmin görüntüləri təqdim edirik:

Daha çox şəkil burada: Photostock.az

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir