Cəmiyyət

Azərbaycanda ana doğuşdan sonra öldü

Sharing is caring!

Bərdə rayonunda ana doğuşdan sonra ölüb.

Oxu.Az-ın məlumatına görə, hadisə ötən gün baş verib.

Tərtər rayon sakini, 24 yaşlı Sahilə Əsədova Bərdə Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsinə gətirilib. 

Qeysəriyyə əməliyyatından bir neçə gün sonra vəfat edib. 

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr və tədbirlər şöbəsinin müdiri Zamirə Ədilova Oxu.Az-a açıqlamasında bildirib ki, Tərtər rayonundan ağır preeklampsiyası olan 38 həftəlik hamilə qadın Bərdə Doğum Evinə müraciət edib:

“Bundan əvvəl də iki dəfə qeysəriyyə əməliyyatı keçirən qadının arterial təzyiq problemi olub. Əməliyyata qəbul edilən qadının vəziyyəti qənaətbəxş olmayıb. Uşaq əməliyyat yolu ilə ana bətnindən azad edilib. 

Reanimasiyaya yerləşdirilən qadının zahılıq dövründə də preeklampsiyası davam edib. Onun müalicəsi üçün Bakı və Sumqayıtdan həkim-mütəxəssislər cəlb edilib, bütün zəruri tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb. Uşağın vəziyyəti qənaətbəxş olaraq qiymətləndirilir”.

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir