Cəmiyyət

Bərdədə çirkab suları Tərtər çayına axıdılır – VİDEO

Sharing is caring!

Tərtər çayına kanalizasiya tullantıları axıdılır.

Təsərrüfat məqsədilə o cümlədən mal-qaranın suvarılması üçün istifadə edilən çay zibil mənbəyinə çevrilib. Müxtəlif diametrli borularla kanalizasiya və çirkab suları çaya axıdılır. Bu ürəkbulandıran görüntülər Tərtər çayının Bərdə şəhəri ərazisindən keçən hissəsindəndir. 

Sərsəng su anbarından mənbəyini götürən Tərtər çayı bir neçə rayonun əkin sahələrinin suvarılmasında istifadə edilir. Çirkab və zibillə dolu çay Kür çayına tökülür. Nəticədə çay ətrafında yaradılan istirahət parklarında da acınacaqlı vəziyyət yaranıb.

Çayın suyundan gündəlik bəzi kəndlərin sakinləri mal qaranın suvarılmasında da istifadə edir. Həvəskar balıqçılar isə son illər çayda balıqların azaldığını deyir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir