Cəmiyyət

Beynəlxalq Avtovağzal Kompleksində biabırçılıq – FOTO

Sharing is caring!

Beynəlxalq Avtovağzal Kompleksindən rayonlara hərəkət edən avtobusların birində sərnişin daşınması qeyri-standart formada aparılıb.

Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Bildirilib ki, sərnişinlərin getməsi üçün oturacaqlar arasına stullar qoyulub.

Eyni zamanda, qeyd edilib ki, kassalarda rayonlara getmək üçün biletin olmadığı bildirilsə də, sürücülər biletləri özləri satırlar.

Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən (DANX) Oxu.Az-a bildirilib ki, məsələ araşdırıldıqdan sonra cavab veriləcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir