Dünya

KİV: Bred Pitt model Emili Ratakovski ilə eşq yaşayır – FOTO

Sharing is caring!

58 yaşlı aktyor Bred Pitt 31 yaşlı Emili Ratakovski ilə görüşür, onlar birlikdə çox vaxt keçirirlər.

Bu barədə “DeuxMoi” məlumat yayıb. Bildirilir ki, onlar bir neçə həftədir ki, yaxın münasibətdədirlər.

Şahidlərin sözlərinə görə, cütlük müxtəlif vaxtlarda Parisdəki restoranlardan birində birlikdə şam edərkən və Nyu-Yorkdakı “Pearl Oyster” barında görünüb.

Ancaq Pitt və Ratakovski hələlik münasibətləri ilə bağlı açıqlama verməyiblər.

Qeyd edək ki, Emili Ratakovski və Sebastyan Bir-Maklard dörd illik evlilikdən sonra ayrılıblar. Boşanma ərizəsini model verib. Cütlüyün ayrılması ilə bağlı söz-söhbətlər ilk dəfə iyulun 14-də 31 yaşlı modelin nişan üzüyü olmadan görüntülənməsi zamanı ortaya çıxıb.

Mənbə: Grazia

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir