Cəmiyyət

Hotel sahəsində işləmək istəyənlər üçün fürsət: Peşə hazırlığı qruplarının yığılmasına START VERİLİR – FOTO

Sharing is caring!

DAİR Hotellər və Restoranlar Assosiasiyasının təhsil-tədris, maarifləndirmə və elm ocağı olan ATHEC Azərbaycan Turizm və Qonaqpərvərlik Tədris Mərkəzi, “Barattson” Tədris Mərkəzilə birgə ƏƏSMN tabeliyində Dövlət Məşğulluq Agentliyinin dəstəyilə işaxtaran və işsiz şəxslərin peşə hazırlığının təşkilində aktiv iştirak edir və növbəti seçilmiş ixtisaslar üzrə qrupların toplanmasına start verir.

Assosiasiyanın mütəxəssisləri sənayenin eytiyac, tələb və çağırışlarını daim öyrənərək peşə ixtisasları sırasından ən populyar və daha çox tələb edilən ixtisasları seçir və bunlar üzrə tədris proqramlarının tətbiqini həyata keçirirlər. Növbəti seçilmiş peşə hazırlığı istiqamətləri – “barista”, “hotel xadiməsi” və “ofisiant” peşə ixtisaslarıdır.

Təlim proqramları DUAL tədris metodikasını əsas götürərək nəzəri biliklərlə yanaşı, usta nəzarətində istehsalat təcrübəsinin keçirilməsi komponentlərindən ibarətdir.

Peşə hazırlığı proqramını müvəffəqiyyətlə keçmiş şəxslər işlə təmin edilmə və özünüməşğulluq imkanları əldə edirlər. Təlim müddətində müdavimlər təqaüd alırlar və peşə hazırlığı keçmək üçün zəruri tədris və təcrübə ləvazimatları ilə təmin edilirlər, sertifikatla fərqləndirilirlər.

Adıçəkilən ixtisas üzrə peşə hazırlığı kursuna cəlb olunmağınız üçün Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DOST Mərkəzlərinə, yaşadığınız digər inzibati vahidlər üzrə isə Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarına müraciət etməklə işsiz kimi qeydiyyata düşməyiniz tövsiyə olunur.

Hər hansı əlavə məlumatları həftənin I-V günləri, saat 11:00-17:00 arasında 0124347877 / 0506610075 telefon və “Whatsapp” vasitəsilə və yaxud [email protected] elektron poçt ünvanına yazaraq əldə etmək olar.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir