Cəmiyyət

İstirahət üçün ev seçərkən DİQQƏTLİ OLUN – Sədrdən AÇIQLAMA

Sharing is caring!

Azərbaycanda istirahət etmək istəyənlər əsasən turizm üzrə ixtisaslaşmış rayonlara üz tuturlar. İnsanların çoxu istirahətə gedəcəyi yerdə məskunlaşacağı yeri əvvəlcədən ev elanları saytları üzərindən sifariş edir. Bəzən onlayn sistemlərdə kirayə üçün qoyulan evlərin şəkilləri ilə onların real vəziyyətləri arasında uyğunsuzluqlar olur.

Belə halların qarşısını necə almaq olar?

Məsələ ilə bağlı Trend-ə açıqlama verən Azərbaycan Turizm Assosiasiyasının (AzTA) İdarə Heyətinin sədri Əhməd Qurbanov bildirib ki, belə halların qarşısını almaq çətindir.

Onun sözlərinə görə, bəzi dələduz şəxslər elan verdikləri saytları da aldadırlar.

“Bəzi kirayə üçün elan verilən evlərin şəkilləri ilə onların real vəziyyətləri arasında uyğunsuzluqların olması hallarına rast gəlinir. Belə ki, saytlarda düzgün şəkillər qoyulmur, turistlər oraya gəldikdə sanitar-gigiyenik vəziyyətin yaxşı olmadığını görürlər. Belə hallarla xarici və yerli turistlər üzləşiblər. Dələduzluqla üzləşən şəxslər elan verilən saytlar üzərindən şikayət etsələr, yaxşı olar. Bizim apardığımız monitorinqlər nəticəsində bir neçə belə halın qarşısı alınıb və nəticədə həmin ev elanları saytlardan yığışdırılıb”, – deyə Ə.Qurbanov bildirib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir