Dünya

Valverde üçüncü dəfə “Atletik”in başına keçdi

Sharing is caring!

İspaniyanın “Barselona” futbol klubunun keçmiş baş məşqçisi Ernesto Valverde “Atletik”in (Bilbao) başına keçib.

Klubun mətbuat xidməti xəbər verir ki, bu gün 58 yaşlı mütəxəssis “Atletik”in yeni baş məşqçisi kimi təqdim olunacaq.

Valverde üçüncü dəfədir ki, baskların komandasına rəhbərlik edir. Bundan əvvəl o, 2003-2005 və 2013-2017-ci illərdə də “Atletik”də çalışıb. Ernesto komandanın başındakı matçların sayına görə (306) klub rekorduna sahibdir. Onun rəhbərliyi altında “Atletik” altı mövsümdə beş dəfə avrokuboklara çıxıb.

2015-ci ildə Valverdenin rəhbərliyi altında komanda 31 ildən sonra ilk dəfə kubok qazandı – “Atletik” İspaniya Superkubokunun qalibi oldu.

Valverdenin son iş yeri 2017-2020-ci illərdə rəhbərlik etdiyi “Barselona” olub. Orada dörd kubok qazanıb, iki dəfə La Liqada qalib gəlib və bir dəfə Kubok və İspaniya Superkubokunu əldə edib.

“Atletik” La Liqada ötən mövsümü səkkizinci yerdə başa vurub.

Mənbə: Sports.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir