Cəmiyyət

Ölkədə COVID-19 əleyhinə peyvənd olunanların sayı AÇIQLANDI – FOTO

Sharing is caring!

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 2 131 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 538, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 305, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 1108, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 180 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 766 538, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 354 566, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 853 792, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 308 903, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 249 277 nəfər təşkil edir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir