Cəmiyyət

Xəzər dənizində 46 yaşlı kişi batıb

Sharing is caring!

Xəzər dənizində 46 yaşlı kişi batıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Suraxanı rayonunda dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 1 km aralı, nəzarətsiz ərazi) 1 nəfərin batması barədə məlumat daxil olub. 

Hadisə yerinə cəlb olunan FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən 1976-cı il təvəllüdlü İbişov Taleh İbad oğlunun meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir