İdman

“Qarabağ”ın iki futbolçusu Azərbaycan millisində qol hesabını açdı

Sharing is caring!

“Qarabağ”ın futbolçuları Elvin Cəfərquliyev və Musa Qurbanlı Azərbaycan millisində ilk qollarını vurublar.

“Report”un məlumatına görə, hər iki oyunçu səfərdə Şimali Makedoniyaya qarşı keçirilən yoldaşlıq matında fərqlənib.

22 yaşlı müdafiəçi buna yığmadakı 8-ci, 20 yaşlı hücumçu isə 5-ci görüşündə nail olub. Cəfərquliyev 28-ci, Qurbanlı isə 65-ci dəqiqəsində rəqib qapısına yol tapıb.

Qeyd edək ki, qarşılaşma Azərbaycan millisinin xeyrinə başa çatıb – 3:1.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir