Cəmiyyət

Ucqar kənd məktəbində Harvard və Stanford NÜMUNƏSİ: Məzunlar 20 ildir təqaüd proqramı həyata keçirir

Sharing is caring!

Balakəndə baxımsız vəziyyətdə olan məktəb 20 ildir ki, təqaüd proqramı həyata keçirir.

Oxu.Az-ın xəbərinə görə, bu barədə sosial şəbəkədə məlumat paylaşılıb.

Bildirilir ki, təqaüd proqramının təşkilatçısı məktəbin məzunlarıdır.

Söhbət Balakənin Yeni Şərif kəndində şəhid Rauf Hədisov adına olan məktəbdən gedir.

Belə ki, məzunlar hər il məktəbə ianələr göndərir, yerli bələdiyyə də ianələri toplayaraq kənd məktəbində təqaüd proqramı həyata keçirir, qalib şagirdlərə həmin ianələrdən yığılan mükafatları verir. Qaliblərə ən əsas hədiyyə isə şəhid Rauf Hədisovun adına döş nişanıdır. Şagirdlər bunu qazanmaq üçün bilik mübarizəsi aparır.

Məzunlar bundan başqa məktəbə hər il kitablar göndərir, məktəbi müəyyən invertarlarla təchiz edir.

Ortada çox gözəl bir tendensiya yaranır. Müəllimlər suallar hazırlayır, müsabiqə keçirilir, qaliblər müəyyən olunur, bələdiyyə onları gəzintiyə aparır, məktəbin məzunları isə onlara pul mükafatları verir.

Qeyd edək ki, əsrlər öncə Harvard Universiteti də belə yaranmışdı. Con Harvard adlı ingilis xeyriyyəçisi öz mülkünün yarısını və kitabxanasının 400 kitabını yeni yaranmış çox kiçik bir təhsil müəssisəsinə vermişdi. İndi həmin kiçik yer dünyanın ən qədim və ən yaxşı universitetidir (Harvard Universiteti), onun kitabxanası isə qitənin ən kütləvi kitabxanasına çevrilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir