Dünya

Çində yüzlərlə insan həbs edildi – FOTO/VİDEO

Sharing is caring!

Çin polisi ölkənin şəhərətrafı bölgəsində 234 şübhəlini həbs edib.

Həbs edilənlər öz itirilmiş əmanətlərinə görə etiraz aksiyası keçirən ianəçilər olub. Bu etiraz aksiyasının pandemiyanın başlanmasından sonra ölkədə baş verən ən böyük nümayişlərdən biri olduğu qeyd edilir.

Aprel ayından Çinin mərkəzi əyaləti Henanda dörd kənd bankı milyonlarla dollarlıq əmanəti dondurub. Nəticədə bu qərar yüz minlərlə müştəriyə zərər verib.

Şəhər polisi dəymiş ziyanın ödənilməsi ilə bağlı işlərin aparıldığını bildirib.

Həmçinin hadisə ilə bağlı istintaqın da davam etdiyi qeyd edilib.

Mənbə: CNN

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir