Cəmiyyət

Kürdəmirdə dörd hektar biçilmiş taxıl sahəsi yandı – VİDEO

Sharing is caring!

Kürdəmirdə biçilmiş taxıl sahəsi yanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, Kürdəmirin Qarasaqqalı kəndində vətəndaşa məxsus taxıl sahəsində yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Kürdəmir Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri çağırış üzrə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının Məhərrəmov Məhərrəm Abdulxaliq oğluna məxsus biçilmiş taxıl sahəsində baş verdiyi və alovun hər an yaxınlıqda yerləşən biçilməmiş taxıl sahəsinə keçmə riskinin mövcud olduğu müəyyən edilib.

Yanğın qısa müddətdə söndürülərək alovun biçilməmiş taxıl sahəsinə keçməsinə imkan verilməyib. Yanğın nəticəsində dörd hektar sahədə biçilmiş taxıl sahəsi yanıb.

Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə, o cümlədən kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan vətəndaşlara müraciət edərək, xüsusilə havaların isti və quraq keçdiyi yay aylarında yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət olunmasına çağırır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir