Dünya

Latviya şəhərində daşqın: Sakinlər təxliyə olunur – FOTO

Sharing is caring!

Latviyada Qərbi Dvina çayında suyun səviyyəsinin qalxması nəticəsində daşqın yaranıb.

Nəticədə paytaxt Riqadan 150 kilometr şərqdə yerləşən Ekabpils şəhərinin sakinlərinin təxliyə olunmasına başlanılıb.

“Vəziyyət kritik olaraq qalmağa davam edir”, – deyə şəhər meri Rayvis Raqaynis bildirib.

Çayda suyun səviyyəsi səkkiz metrdən çox qalxıb. Sonuncu dəfə bu, təxminən 40 il əvvəl baş verib.

Şəhərdə məktəblər işləmir, kritik daşqınlara meyilli ərazilərdə həyəcan siqnalları işə salınır, yerli sakinlərə kəndi tərk etmələri tövsiyə olunur. Vətəndaşların Ekabpilsdən təxliyəsi üçün ictimai nəqliyyat fəaliyyət göstərir.

Mənbə: Lenta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir