Cəmiyyət

Koronaviruslu xəstələrlə çalışan tibb işçilərinə verilən əlavə kəsilib? – AÇIQLAMA

Sharing is caring!

Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqqılarına müddətli əlavənin verilməsi ilə bağlı tibb işçilərinin şikayəti var.

Bu barədə Oxu.Az-ın redaksiyasına həkimlər müraciət ediblər. 

Belə ki, müraciət edən işçilər bildiriblər ki, yanvar ayında 1000 manat əlavə ödəmə alırdılarsa, mart ayında bu məbləğ 100-150 manat olub. 

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, bu ilin mart ayından başlayaraq ölkədə koronavirus infeksiyasına yoluxanların sayında azalma müşahidə edilib:

“Bu baxımdan tibb müəssisələrində də virusa yoluxmuş xəstələrin sayında mart ayı üzrə azalma qeyd edildiyindən bu istiqamət üzrə tibbi xidmət göstərmiş tibb işçilərinin iş saatları xəstə sayına görə tənzimlənib.

Yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinə mart ayı üzrə ödənilmiş müddətli əlavələr yuxarıda qeyd edilən iş saatlarına mütənasib olaraq həyata keçirilib”. 

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir