Dünya

Türkiyədə zəlzələdə 2000 illik tarixi abidə dağıldı – FOTO

Sharing is caring!

Böyük fəlakətə səbəb olan ikiqat zəlzələdə Türkiyənin Adıyaman şəhərində Kommagene krallığı dövrünə aid tarixi arxeoloji ərazidə (qoruq) 10 metrlik “Əlsıxma sütunu” dağılıb.

Zəlzələdən sonra Adıyamandakı tarixi xarabalıqlarla bağlı araşdırma aparan qruplar Nemrut Dağı Milli Parkında yerləşən tarixi qoruqda “Əlsıxma sütunu”nun dağıldığını aşkarlayıb.

Bildirilib ki, sütun yaxın günlərdə ilkin formasına uyğun olaraq yenidən qurulacaq. 2000 illik tarixi kurqanın qərbində yerləşən sütunda Kommagene kralı I Antioçosun (e.ə. 69-36-cı illər) oğlu kral II Mitridatesin (e.ə. 36-20-ci illər) öz bacısı Laodike ilə əl sıxışdığı görüntü əks olunub.

Eyni zamanda qeyd edilib ki, Kommagene kralı I Antioçosun tanrılara və əcdadlarına minnətdarlığını göstərmək üçün 2150 metr yüksəklikdəki Nemrut dağında tikdiyi tanrı heykəlləri zərər görməyib.

Mənbə: CNN Türk

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir