Cəmiyyət

Ağdamda silah-sursatlar aşkarlandı

Sharing is caring!

Nəqliyyatda Baş Polis İdarəsinin Yevlax stansiya Xətt Polis Şöbəsinin (XPŞ) əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində xidməti ərazidə silah-sursat aşkar edilib.

Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Məlumata görə, Yevlax XPŞ-nin əməkdaşları Ağdam rayonu ərazisində Bərdə-Köçərli-Təzəkənd dəmir yol xəttinin yaxınlığında 1 ədəd AK-74 markalı avtomat, 137 ədəd 5.45 mm.-lik patron, 35 ədəd 12.7 mm.-lik pulemyot patronu və 3 ədəd avtomat darağı aşkar edərək götürüblər.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir