Dünya manset

Ərdoğan kritik zirvədə əməliyyat üçün tarix verdi

Sharing is caring!

Çatdığımız nöqtədə Suriyada İŞİD təhdidi aradan qalxmışdır. Suriyanın gələcəyi üçün ən böyük təhdid PKK və onun qolu sayılan YPG-PYD-dir. Bu ölkədə PKK-PYD varlığı davam etdiyi müddətdə nə Suriya, nə bölgəmiz firavanlığa qovuşacaq.

XəbərAl.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan həmkarları Həsən Ruhani və Vladimir Putinlə Ankara zirvəsi çərçivəsində aparılan müzakirələr barədə danışarkən deyib.

“Suriya sərhədi boyu bir terror qruplaşmasına razılıq verməyəcəyimizi onlara çatdırdım. Xüsusən burada qaçqınlar şəhərinin yaradıla biləcəyini və onlar üçün burada əkinlə məşğul ola biləcəkləri bağçaların salınması üçün hazırlıq aparılmasının yerinə düşəcəyini qeyd etdim. Suriya sərhədimiz boyu belə bir terror qruplaşmasına icazə vermədən humanitar infrastruktur qurmağın faydalı olacağından danışdım. Yekun hədəfimiz Suriyanın şimalında bir sülh koridoru yaradaraq ölkənin bölünməsinin qarşısını almaqdır. Bununla bağlı əgər ABŞ-la iki həftə ərzində arzu etdiyimiz nəticəyə çatmasaq, öz əməliyyat planımızın tətbiqinə başlayacağımızı hər iki dostumuza da bildirdim”, – Ərdoğan qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir