Cəmiyyət

Uşaqların Beynəlxalq Müdafiəsi Günündə onları tək qoymayaq – FOTO

Sharing is caring!

Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə Oxu.Az saytı köməyə ehtiyacı olan bir neçə uşaqla bağlı məlumatları toplayıb. 

Belə bir gündə ağır xəstəlikdən əziyyət çəkən azyaşlıları sevindirmək istəyən hər kəsi onlara dəstək olmağa çağırırıq:

Yeddi yaşlı Jalə Məmmədova iflicdən əziyyət çəkir. O yerimir, otura bilmir və tam sərbəst danışmır. İki dəfə ayaqlarından əməliyyat olunub. Həkimlər deyirlər ki, müalicəsi var və reabilitasiyası davamlı olarsa, yeriyəcək. Hər ay müalicəsinə 2500 manat pul lazım olur”.

Yardım göstərmək istəyənlər uşağın atası Məmmədov Vüqar Asif oğlu ilə (055 685 12 02 nömrəsi ilə) əlaqə saxlaya bilərlər.

Jaləyə dəstək olmaq istəyənlər üçün bank kartı:

Bir yaşlı Səid Namazov beta-talassemiyadan əziyyət çəkir.

Balaca Səidin müalicəsi üçün ailəsi əldə olan bütün vəsaitlərini sərf etsə də, bu xəstəliklə mübarizə aparmaq artıq onların imkanları xaricindədir. Azyaşlının bahalı sümük iliyi transplantasiyasına ehtiyacı var. Bu isə on minlərlə manat vəsait tələb edən olduqca bahalı və yalnız ölkə xaricində baş tutan əməliyyatdır.

Bir yaşlı körpəyə yardım etmək üçün fotolarda qeyd olunmuş bank hesabına, göstərilmiş bank kartına vəsait köçürə bilərsiniz.

Yeddi yaşlı Ayan İmamverdiyeva leykozdan əziyyət çəkir və sümük iliyi transplantasiyasına ehtiyacı var.

Ayana 2019-cu ildə bir dəfə sümük iliyi köçürülüb. Beş ildir ki, bu xəstəlikdən əziyyət çəkir. Hazırda vəziyyəti ağırdır. Ona sümük iliyi nəql edilsə də, xəstəlik bir il sonra yenidən baş qaldırıb. Türkiyədə müalicə olunmalıdır. Oradakı həkimlər qeyd edirlər ki, bunun üçün təxminən 100 min manat pula ehtiyac var. 

Gəlin unutmayaq ki, bir uşağı xilas etmək – bir cəmiyyəti xilas etməkdir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir