Dünya

“YouTube”un keçmiş rəhbərinin 19 yaşlı oğlu ölü tapıldı – FOTO

Sharing is caring!


“YouTube”un keçmiş rəhbəri Syuzan Voycitskinin 19 yaşlı oğlu Marko Troper yataqxanada ölü tapılıb.

Gəncin nənəsi Ester Voyçitski ölüm səbəbinin həddindən artıq dozada narkotikin qəbulu ola biləcəyini ehtimal edir.

“Sevimli nəvəm 19 yaşlı Marko Troper dünən dünyasını dəyişdi. Ailəmiz ağlasığmaz dərəcədə sarsılıb”, – Ester sosial şəbəkədə yazıb.

“Dəqiq bildiyimiz bir şey var: buna səbəb narkotik idi”, – Troperin nənəsi bildirib.

Lakin gəncin təhsil aldığı Berklidəki Kaliforniya Universitetinin nümayəndəsi Canet Gilmor narkotik ilə bağlı məlumatı təsdiqləməyib. O, bu cür ifadə vermək üçün toksikologiya ekspertinin rəyini gözləmək lazım olduğunu qeyd edib.

Troperi məktəb müəllimləri və universitet professorları həvəsli riyaziyyatçı, kompüter alimi və dahi kimi təsvir edirlər. Troperin anası oğlunun ölümü ilə bağlı açıqlama verməyib.

Mənbə: Daily Mail

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir