Cəmiyyət

Birinci Qarabağ müharibəsinin itkin və girov düşən UŞAQLARI

Sharing is caring!

Birinci Qarabağ müharibəsi zamanı əsir və itkin düşmüş, girov götürülmüş Azərbaycan vətəndaşları arasında uşaqlar da az olmayıb.

Modern.az saytı 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş və girov götürülmüş azərbaycanlı uşaqların statistikasını təqdim edir.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatına görə, Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində, Birinci Qarabağ müharibəsində 3890 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb.

Rəsmi qeydiyyata alınmış itkinlərin 71 nəfəri uşaqlardır.

Haqqında Dövlət Komissiyasına əsir-girov götürüldüyü barədə məlumatlar daxil olmuş mülki şəxslərin 29 nəfəri uşaqlardır.

Ermənistan bu uşaqların saxlanılması faktını beynəlxalq təşkilatlardan gizlədərək, onların sonrakı taleyi barədə hazıra kimi məlumat vermir.

Birinci Qarabağ müharibəsindən sonra Ermənistanın əsir və girovluğundan azad edilmiş mülki şəxslərin 224-nü uşaqlar təşkil edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir