Cəmiyyət

NAYORA Müstəqillik Gününə həsr olunmuş silsilə tədbirlər keçirib – FOTO

Sharing is caring!

28 May – Müstəqillik Günü xalqımızın azadlıq və müstəqillik mübarizəsi tarixinə qızıl hərflərlə həkk olunmuş milli bayramımızdır.

Vətənpərvərlik hisslərini, ənənələrini yaşatmaq və gələcək nəsillərə ötürmək məqsədi ilə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası hər il olduğu kimi bu il də silsilə tədbirlər keçirib.

İlk olaraq gənclər təşkilatlarının nümayəndələri Fəxri Xiyaban və “İstiqlal Abidəsi”ni ziyarət edib, xalq cümhuriyyətinin baniləri və müasir dövlətçiliyimizin memarının əziz xatirəsini hörmətlə yad edərək, abidələri önünə gül dəstələri düzüblər.

“Müstəqil Azərbaycan və vətənpərvərlik ruhunda formalaşan, inkişaf edən gənclik” mövzusunda təşkil olunan görüşdə jurnalist, Azərbaycanın əməkdar mədəniyyət işçisi Müsəllim Həsənov Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının tariximizdəki əhəmiyyətli yeri, müsəlman Şərqində ilk demokratik respublikanın formalaşması və həmin dövrün geosiyasi reallıqları ilə bağlı gənclərə ətraflı məlumat verib, cümhuriyyət dövründə yarımçıq qalmış işlərin Ulu Öndərin hakimiyyəti illərində davam etdirildiyini, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında isə inkişafının ən yüksək mərhələsinə qədəm qoyduğunu, həyata keçirilən qətiyyətli siyasət nəticəsində Azərbaycanın yalnız regionda deyil, beynəlxalq miqyasda söz sahibi olan bir ölkə kimi tanındığını xüsusilə vurğulayıb.

Silsilə tədbirlər çərçivəsində NAYORA-nın İdarə Heyətinin üzvlərinin Gəncə şəhərində fəaliyyət göstərən Azərbaycan Dövlət Aqrar Universiteti, Gəncə Dövlət Universiteti və Azərbaycan Texnologiya Universitetində gənclərlə müzakirə xarakterli görüşləri keçirilib. Görüşlər zamanı dövlət müstəqilliyi, beynəlxalq aləmdə əldə edilən uğurlar, 104 il əvvəl Azərbaycan Xalq Cümhuriyyətinin sosial-siyasi fəaliyyəti, eləcə də bu ənənələrə söykənərək XX əsrin sonunda dövlət müstəqilliyimizin bərpası və ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə müasir müstəqil dövlətçiliyimizin bərqərar olması mövzuları ətrafında geniş fikir mübadiləsi aparıblar.

Tədbirlərin davamı olaraq İdarə Heyəti üzvlərinin Gəncə şəhərində yerləşən Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin inzibati binasına infoturu təşkil olunub, gənclər təşkilatlarının nümayəndələri muzeyin eksponatları ilə tanış olublar.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir