Cəmiyyət

Balaca Ayxanın sizin köməyinizə ehtiyacı var – FOTO

Sharing is caring!

Balaca Ayxanın sizin köməyinizə ehtiyacı var.

Bu barədə Oxu.Az-a 2013-cü il təvəllüdlü Ayxan Qasımlının atası Sənan Qasımlı məlumat verib.

Ata övladının sağlamlığına qovuşması üçün xeyriyyəçi insanlardan dəstək istəyir:

“Ayxan beta-talassemiya xəstəliyindən əziyyət çəkir. Artıq 3 yaşından biz ona ilik nəqli üçün donor axtarırdıq. 2 ay öncə donor tapıldı, lakin sırf əməliyyat üçün 120 min dollar vəsait lazımdır.

Vəsaitin bir qismi toplanıb, lakin böyük bir hissəsi hələ qalır. Vaxtımız isə məhduddur. İyun ayının sonuna qədər məbləğ toplanmalıdır ki, Ayxan əməliyyat olunsun. Vəsait vaxtında toplanmasa, gecikə bilərik. Əməliyyat üçün sırada çox adam var, ona görə də bir manat belə Ayxan üçün şansdır. Xahiş edirəm Ayxanı sağlam həyata qaytarmağa kömək edin”.

Ayxanın əməliyyat olunması üçün lazım olan vəsaitinin toplanmasına dəstək olmaq istəyən şəxslər aşağıda göstərilən bank kartına pul köçürə bilərlər. 

Eyni zamanda balaca Ayxanın atası ilə +99455 315 40 13 nömrəsi vasitəsilə əlaqə saxlayıb dəstək ola bilərsiniz.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir