Cəmiyyət

Qax sakininin maraqlı hobbisi: 28 ildir qəzet alıb yığır – VİDEO

Sharing is caring!

Qəzet aşiqi olan Faiq Kərimov 24 yaşından başlayaraq oxuduğu bütün qəzetləri toplayıb.

Qaxın Qaxbaş kəndində yaşayan Faiq Kərimov aldığı ilk qəzeti oxuduqdan sonra həmin qəzeti atmayıb və hər həftə davamlı olaraq 3-4 müxtəlif qəzet alıb.

Beləcə, onda qəzetə xüsusi sevgi yaranıb. Faiq Kərimov adi qəzetlərdən başqa serial qəzetlərinə də maraq göstərib. Bu günə kimi bir dəfə də olsun televizor vasitəsilə serial izləməyən qəhrəmanımız serialları da qəzetlərdən oxuyub. 1994-2010-cu illər ərzində seriallar barədə oxuduğu qəzetləri hələ də qoruyub saxlayıb.

Faiq Kərimov 16 il ərzində evini dəyişib və ya təmir etdirib. Ancaq hara getsə də, əzizləyərək saxladığı minlərlə qəzetini də özü ilə aparıb. Onların bir hissəsini isə evinin çardağında saxlayıb.

Qəhrəmanımız uzun illər ərzində mütaliə etməsinin fərdi inkişafında xeyli yardımçı olduğunu bildirib.

Daha ətraflı Baku TV-nin süjetində:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir