Cəmiyyət

“Plastik tullantılara qarşı mübarizədə gənclərin rolunun artırılması” layihəsi uğurla başa çatıb – FOTO

Sharing is caring!

“Plastik tullantılara qarşı mübarizədə gənclərin rolunun artırılması” layihəsi uğurla başa çatıb.

Bu barədə Azərbaycan Könüllülər İctimai Birliyi məlumat yayıb.

Bildirilib ki, Azərbaycan Könüllülər İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və Sabunçu Rayon İcra Hakimiyyətinin təşkilati dəstəyi ilə “Plastik tullantılara qarşı mübarizədə gənclərin rolunun artırılması” layihəsi çərçivəsində “Gəlin çimərliklərimizi təmiz saxlayaq” devizi altında sahilyanı təmizlik kampaniyası keçirilib.

Sabunçu rayonu ərazisində yerləşən Pirşağı çimərliyində 100-ə yaxın könüllünün iştirakı ilə baş tutan tədbirdə bir tona yaxın məişət tullantıları toplanıb.

Sanitar normalara uyğun ləvazimatlar və xüsusi qayıqlarla təchiz olunmuş gənclər topladıqları tullantıları zərərsizləşdirilməsi üçün poliqona təhvil veriblər.

Kampaniyanın məqsədi ölkədə və xüsusilə Bakı şəhərində ekoloji problemlərin həllində dövlətə ictimai dəstək vermək, BMT-nin Ətraf Mühit proqramı modelini ölkəmizdə tətbiq etməklə qısa zaman ərzində böyük müsbət dəyişikliklər üçün ciddi addımlar atmaq, əhalinin ekoloji savadlılığını yüksəltməkdir.

Qeyd edək ki, layihə öz işinə “Plastik tullantılara qarşı mübarizədə gənclərin rolunun artırılması” forumu ilə başlayıb. Forumda 100 nəfərdən çox gənc və könüllülərlə yanaşı, BMT-nin, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, “Təmiz şəhər” ASC-nin və qeyri-hökumət təşkilatlarının nümayəndələri də iştirak ediblər.

Ümimilikdə layihə vasitəsilə gənclər arasında ekoloji maarifləndirmə işi aparılacaq, gənclər ekologiya sahəsində məlumat daşıyıcısı kimi formalaşdırılacaq, gəncləri ətraf mühitin qayğısına qalmağa təşviq etməklə onların asudə vaxtlarının səmərəli keçirilməsinə şərait yaradılacaq.

Xüsusilə plastik tullantıların ətraf mühitə və insan sağlamlığına mənfi təsirləri barədə məlumat paylaşılacaq. 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir