Cəmiyyət

“Qızım dözülməz qıcolmalardan əziyyət çəkir” – Ana köməyə çağırır – FOTO/VİDEO

Sharing is caring!


Bakı şəhər sakini Ülkanə Rəhimovanın 10 yaşlı qızı Dəniz Rəhimli ağır serebral iflic və dözülməz qıcolmalardan əziyyət çəkir.

Media.Az xəbər verir ki, uşaq dözülməz ağrılardan xilas olmaq üçün təcili Türkiyəyə müalicəyə göndərilməlidir. Bu, ailəyə 6 000 manata başa gələcək, amma onlarda lazım olan məbləğ yoxdur.

Ü.Rəhimovanın sözlərinə görə, Dənizin səhhətində problemlər doğulandan başlayıb və bu günə kimi o yeriyə, danışa bilmir:

“O, beş aylıqkən çox zəif olduğu diqqətimizi çəkməyə başladı. Çox həkimə getdik, amma heç kim bizə kömək edə bilmədi. Bir yaşından başlayaraq Dənizi bir neçə dəfə müayinə və konsultasiya üçün Türkiyəyə apardıq, diaqnozunu orada öyrəndik. Bu səfərlər üçün əlimizdə olan hər şeyi satmalı olduq. Xoşbəxtlikdən, müalicə qıcolmaları azaltmağa kömək etdi və serebral ifliclə mübarizədə işə yaradı: qızım sərbəst şəkildə oturmağa, addımlar atmağa başladı”.

Bahalı dərmanlar qəbul etmək Dənizin qıcolmalarını düz üç il dayandırdı. Lakin bir müddət əvvəl vəziyyəti yenidən pisləşdiyindən həkimlər valideynlərinə onu təkrar müalicə üçün Türkiyəyə göndərməyi israrla tövsiyə edirlər.

“Qızım hər ay ümumi məbləği 200 manata yaxın dərmanları qəbul edir. Çox çətinliklə onları almağa pul tapırıq, çünki mən işləmirəm, uşağa baxıram, ərim isə dəmir sexində fəhlədir. Qızımızı Türkiyəyə göndərməyə gücümüz çatmır, ona görə də mərhəmətli insanlardan bizə kömək etmələrini xahiş edirəm… Təsəvvür edin, gündə bir neçə dəfə uşağınızın dözülməz qıcolmalardan titrədiyini görürsünüz. Yeganə istəyimiz bu kabusun bitməsidir”, – Ü.Rəhimova deyir.

Biganə qalmayan hər kəsi Dənizin probleminə həssas yanaşmağa və bacardıqca kömək etməyə çağırırıq.

Arzu edənlər aşağıdakı bank kartlarına pul köçürməklə ailəyə köməklik göstərə bilərlər:

1. Kapital bank: 4169 7388 4362 1297;

2. SBERBANK: 5336 6901 4114 4453.

Uşağın valideynləri ilə +994 51 487 13 58 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

 
 
 

 
 
 
 
 

 
 

 
 
 

 
 

A post shared by @denize_destey_olun_

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir