Təqdimat Abşeron Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Xırdalan şəhərində yerləşən musiqi məktəbinin akt zalında baş tutub.Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Ziyalı Ocağı” İctimai Birliyinin həyata keçirdiyi “Erməni vandallarının Azərbaycan ərazilərində törətdiyi cinayət əməllərinin ifşa olunması istiqamətində təbliğat və təşviqat işinin təşkili” layihəsi çərçivəsində düzənlənən təqdimetmədə çıxış edən Abşeron Rayon İcra Hakimiyyətinin baş məsləhətçisi Vüqar Bəşirov bildirib ki, bu qəbildən olan tədbirlərin Xırdalanda həyata keçirilməsi təqdirə layiq haldır:“Erməni vandalizminə məruz qalan ərazilərimizdə törədilən barbarlıq aktları işğalçı Ermənistanın müasir dünyaya öz əsl simasının real nümayişidir. Dünyanın bütün mədəni, sülhsevər xalqları terrorçu Ermənistan dövlətinin əməllərindən xəbərdar olmalıdır. Ümidvaram bu gün nümayişinə toplandığımız “Erməni vandalizmi” adlı sənədli film bu istiqamətdə ümummilli maraqlarımıza xidmət edərək işğalçı Ermənistanın bütün dünyaya tanıdılmasında, ifşasında mühüm vasitə olacaqdır”.“Ziyalı Ocağı” İctimai Birliyinin sədri, layihə rəhbəri İlahə Əliyeva vurğulayıb ki, 28 il ərzində mənfur erməni işğalına məruz qalan torpaqlarımızın azad olunmasında əvəzsiz xidmətləri olan, bizə qələbə sevincini yaşadan, Ali Baş Komandanımız İlham Əliyevə və igid əsgərlərimizə minnətdarlıq borcumuz vardır.“Erməni vandalizmi” adlı bu sənədli filmdə Azərbaycanın 28 il ərzində Ermənistan silahlı qüvvələri tərəfindən işğal altında saxlanan ərazilərimizdə aparılan vandallıq aktları lentə alınıb. Vaxtilə yurdumuzun abad, dilbər guşələrindən sayılan Qubadlıda, Laçında Füzulidə, Zəngilanda, Kəlbəcərdə və digər ərazilərimizdə hazırda qəlb dağlayan mənzərələr mövcuddur. Rayon mərkəzlərimiz, qəsəbələrimiz, kəndlərimiz yerlə-bir olub, daş-daş üstündə qalmayıb, dağıdılıb. Dağlarımıza, dərələrimizə, çaylarımıza bir sözlə, flora və və faunamıza görünməmiş dərəcədə zərbə vurulub. Məscidlərimiz, qəbristanlıqlarımız, dini məbədlərimiz qəsdli şəkildə məhv olunub. İnsanlığa qarşı vəhşilik aktı törədilib. Ermənilərin işğal olunmuş ərazilərimizdə həyata keçirdikləri dəhşəti, vəhşəti, insanlığa sığmayan cinayət əməllərini bütün dünyaya bəyan etməliyik. Qəsbkar düşmən öz çirkin niyyətinə, bəd əməllərinə görə məsuliyyətə cəlb olunmalı, qanun qarşısında cavab verməlidir”.ADNA-nın dosenti, iqtisadçı alim Ağasəf İmran qeyd edib ki, Ermənistan Azərbaycanın bütün yeraltı və yerüstü sərvətlərindən vəhşicəsinə istifadə edib, qatı düşmən kimi, acgözcəsinə yararlanıb: “Ermənilərin bu vəhşiliyinin dünyada analoqu yoxdur. Cinayət əməli işlədən bu ölkə Azərbaycana və azərbaycanlılara qarşı həm maddi, həm mənəvi cəhətdən külli miqdarda zərər vurub. Bu zərərin-ziyanı hesablana bilməyəcək dərəcədə çoxdur”.Sonra “Erməni vandalizmi” adlı sənədli filmin nümayişi olub.Film iştirakçılar tərəfindən rəğbətlə qarşılanıb.
Oxşar Xəbərlər
Türk məşqçi Azərbaycan yığmasını çalışdırmaqdan imtina edib – FOTO
Türkiyənin “Kocaelispor” klubunun baş məşqçisi Ərtuğrul Sağlam futbol üzrə Azərbaycan yığmasını çalışdırmaq təklifini qəbul etməyib. Oxu.Az xəbər verir ki, o bu barədə “X” sosial şəbəkəsindəki hesabında məlumat verib. Mütəxəssisin paylaşımında deyilir: “Beşiktaş”ın könlümüzdəki yeri hər zaman özəl və ayrı olsa da, hazırda “Kocaelispor” ilə inandığımız, müəyyənləşdirdiyimiz hədəfə doğru gedirik. İki həftə əvvəl də Azərbaycan milli komandası […]
Ermənistan Qarabağ ermənilərinin sayını şişirir – VİDEO
Ermənistanın Daxili İşlər Nazirliyi Qarabağdan könüllü köçən ermənilərlə bağlı yeni statistika açıqlayıb. Məlumata əsasən, indiyədək 28 min 490 erməniyə qaçqın statusu verilib. Beləliklə, 36 min nəfər Ermənistan hökümətinə qaçqın statusu üçün müraciət edib. Hökümət isə öz növbəsində təxminən 35 min vəsiqə hazırlayıb. Rəqəmlərdən aydın olur ki, İrəvan Qarabağ erməniləri ilə bağlı rəqəmləri şişirib. Daha ətraflı […]
Hindistanda hərbi helikopter qəzaya uğrayıb
Hindistanın Cammu və Kəşmir müttəfiq ərazisində yüngülhəcmli hərbi helikopterin qəzaya uğraması nəticəsində bir pilotu ölüb, digəri isə ağır yaralanıb. XəbərAl.az xəbər verir ki, bu barədə “Hindustan Times” qəzeti ölkənin Müdafiə Nazirliyinin nümayəndəsinə istinadən məlumat yayıb. Məlumata görə, hadisə axşam saatlarında baş verib. Helikopter “Hindustan Aeronautics Ltd.” şirkətinə məxsus olub.