Cəmiyyət

Sabirabadda şəhidlərin adları küçələrə verildi – FOTO

Sharing is caring!

Sabirabadın altı mərkəzi küçəsinə şəhidlərin adları verilib.

“Report”un məlumatına görə, adların verilməsində məqsəd şəhidlərin xatirəsinin əbədiləşdirilməsidir.

Adları küçələrə verilən şəhidlərimiz –  aprel döyüşləri şəhidi, Azərbaycanın Milli Qəhrəmanı polkovnik-leytenant Murad Mirzəyev, Vətən müharibəsi şəhidləri Şahlar Cəfərov, Anar Məmmədov, Aqşin Quliyev, Firavan Əsgərov və Fərhad Məlikzadədir.

Qeyd edək ki, adları çəkilən şəhidlərin hamısı Sabirabadda anadan olublar.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir