Abşeron rayonunun Saray qəsəbəsindəki Şəhidlər Xiyabanının ətrafına və xiyabana aparan yola asfalt örtüyü çəkilib. Qeyd edək ki, bir müddət öncə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev Saraylı şəhid ailələri ilə birgə Şəhidlər Xiyabanını ziyarət etmiş, vətənimizin bütövlüyü uğrunda canlarından keçmiş bütün igidlərimizin əziz xatirəsi yad edilmiş və ruhlarına dualar oxunmuşdur. Ziyarət zamanı şəhid ailələri tərəfindən Şəhidlər Xiyabanının ətrafına və xiyabana aparan yola asfalt örtüyünün çəkilməsi məsələsi qaldırılmış və bu istiqamətdə köməkliyin göstərilməsi xahiş olunmuşdur. Bundan sonra rayonun Abadlıq və Kommunal Xidmətlər İdarəsinin əməkdaşları tərəfindən əraziyə baxış keçirilərək atılacaq addımlar müəyyənləşdirilmiş, əvvəlcə çınqıl daşları tökülərək bərkidilmiş və bundan sonra ümumilikdə 3200 kvadratmetr asfalt örtüyü çəkilmişdir.Şəhid ailələri yaradılan şəraitdən tam razı qaldıqlarını bildirərək dövlət tərəfindən onlara daima diqqət və qayğının göstərildiyini və buna görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə etmişlər.
Oxşar Xəbərlər
Ukrayna ordusu Donbasda uğur qazandı: Rusiya hərbçiləri geri çəkildi
“Rusiya işğalçıları Nikolayevka ərazisində yeni mövqelər hazırlayırlar”. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı öz “Facebook” səhifəsində məlumat yayıb. Qeyd olunub ki, Ukrayna müdafiəçiləri rusiyalıların planlarını növbəti dəfə pozaraq düşmənin hücumunu dayandırıblar. “Baxmut istiqamətində Spornoye, Berestovoye, Beloqorovka, Klinovoye və Zaysevo yaşayış məntəqələrindəki mövqelərimizi minaatan, top və raket artilleriyasından atəşə tutdular. Pokrovski yaxınlığında aviasiya zərbəsi qeydə alınıb. Hərbçilərimiz […]
Türkiyə və Yunanıstanın müdafiə nazirləri arasında görüş olub
Türkiyənin müdafiə naziri Hulusi Akar cümə axşamı NATO müdafiə nazirlərinin Brüsseldə keçirilən toplantısı çərçivəsində yunanıstanlı həmkarı Nikos Panaqiotopulos ilə görüşüb. Danışıqlar zamanı hər iki tərəf Afina ilə Ankara arasında gərginliyin aradan qaldırılmasının vacibliyini bəyan ediblər. Həmçinin, nazirlər Türkiyə və Yunanıstan arasında əlaqə kanallarının açıq qalması ilə bağlı razılığa gəliblər. 40 dəqiqə davam edən görüşlə bağlı […]
Taksi sürücülərinin NƏZƏRİNƏ: Tələb ediləcək sənədlər AÇIQLANDI
Taksi sürücülərindən xüsusi hazırlıq üzrə dərslərdə iştirak etmək üçün tələb ediləcək sənədlər açıqlanıb. APA xəbər verir ki, bu, Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin 2016-cı il 16 may tarixli 18/Q nömrəli qərarı ilə təsdiq edilmiş “Taksi minik avtomobillərinin sürücüləri üçün etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair xüsusi hazırlığın keçirilməsi Qaydası”nda […]