Cəmiyyət

Sabah Bakının bu hissəsində qaz olmayacaq

Sharing is caring!

Fevralın 2-si saat 10:00-dan Binəqədi rayonunun “Vulkan”, “1 may” yaşayış massivləri, Biləcəri və Binəqədi qəsəbələrinin bir hissəsində qazın verilişində müvəqqəti fasilə yaranacaq.

XəbərAl.az xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Məlumata görə, fasiləyə səbəb rayonun DSK yolu adlanan ərazisində yeraltı qaz sızmasının ləğvi, karroziyaya uğramış qaz kəmərinin əvəzlənməsi məqsədilə yeni çəkilmiş diametri 250 mm olan qaz xəttinin mövcud şəbəkəyə qoşulması işlərinin icra edilməsidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir