Cəmiyyət

Culfada dəhşətli qəza: Ölənlər var – FOTO

Sharing is caring!




Naxçıvan Muxtar Respublikasının Culfa rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un yerli bürosu xəbər verir ki, Ərəzin kəndi ərazisində baş verən hadisədə “Chevrolet Niva” markalı avtomobillə “Tofaş” markalı maşın toqquşub.

Nəticədə Kamal Qürbət oğlu Cəfərov və Rüstəm adlı şəxs ölüblər. 2001-ci il təvəllüdlü İbrahim İldırım oğlu Sahilov və 1998-ci il təvəllüdlü Əbülfəz Elçin oğlu Əlizadə yaralanıblar. Onlar Naxçıvan Mərkəzi Xəstəxanasına yerləşdiriliblər, vəziyyətləri ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir