Cəmiyyət

Bakıda gənci amansızlıqla öldürən idmançı ilə bağlı qərar verildi

Sharing is caring!

Ali Məhkəmədə Bakıda qətl törətməkdə təqsirləndirilən Namiq Səfərov barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası keçirilib.

Pravda.az-ın əldə etdiyi məlumata görə, Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə elan edilib ki, təqsirləndirilən şəxs kassasiya şikayətini geri götürüb.

Bu səbəbdən onun tərəfindən verilmiş kassasiya şikayətinin geri qaytarılması barədə qərar çıxarılıb. 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Namiq Səfərov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 18 il müddətinə azadlıqdan məhrum olunub.

Qeyd edək ki, hadisə 2019-ci ilin dekabr ayında baş verib.

Nizami rayonu Qara Qarayev prospekti, 31 ünvanında 1988-ci il təvəllüdlü Ramal Kazımovun kəsici-deşici alətlə ürəyi və bədənin digər nahiyələrinə zərbələr endirilərək öldürülməsi faktı barədə polisə məlumat daxil olub.

Keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində hadisənin 1995-ci il təvəllüdlü Səfərov Namiq Bəxtiyar oğlu tərəfindən aralarında yaranan mübahisə zamanı bıçaqdan istifadə etməklə törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

N.Səfərov şübhəli şəxs qismində saxlanılaraq istintaqa cəlb edilib.

Ona Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham verilib.

Namiq Səfərov istintaq ifadəsində qeyd edib ki, Ramal Kazımovun pullarını ələ keçirmək niyyəti olmayıb. Onun sol qolu olmasa da, uşaqlıqdan idmanla məşğul olduğuna görə fiziki cəhətdən özünü zəif hesab etməyib. Hadisə vaxtı ona heç kim kömək etməyib, əksinə, dostu Tale onları yalnız aralamağa çalışıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir