Cəmiyyət

Sabirabadda 45 yaşlı kişinin meyiti aşkarlanıb

Sharing is caring!




Sabirabadda 45 yaşlı kişinin meyiti aşkar edilib.

“Report”un məlumatına görə, hadisə bu gün axşam saatlarında şəhərin Heydər Həmidov küçəsi, dalan 5, ev 6-da qeydə alınıb.

Belə ki, həmin ünvanda yaşayan 1979-cu il təvəllüdlü Telman Məhər oğlu Allahverdiyevin meyiti hamam otağında aşkarlanıb.

Meyit Məhkəmə Tibbi-Ekspertiza və patoloji Anatomiya Birliyinin Sabirabad rayon şöbəsinə təhvil verilib.

T. Allahverdiyevin hansı səbəbdən öldüyü hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir