Cəmiyyət

Azərbaycanda benzin istehsalı 19% artıb

Sharing is caring!


Azərbaycanda bu ilin yanvar-sentyabr aylarında neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 3 347,6 milyon manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 11,5 faiz artıb.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, neft məhsullarının istehsalında sürtkü yağlarının istehsalı 57,7 faiz, neft koksunun istehsalı 27,4 faiz, qazoylların (dizel yanacağının) istehsalı 20 faiz, avtomobil benzininin istehsalı 19,1 faiz artıb, neft bitumu istehsalı 30,7 faiz, mazut istehsalı isə 92,4 faiz azalıb.

Xatırladaq ki, Azərbaycanda neft, təməli 1953-cü ildə qoyulmuş Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda (NEZ) emal edilir. Zavod respublikanın neft məhsullarına olan tələbatını tam ödəyir. Hazırda NEZ-də yenidənqurma və modernləşdirmə işləri aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir