Siyasət

“ABŞ Qarabağda yaşayan ermənilərə dəstək verir, onları yenidən etnik separatçılığa həvəsləndirir” – RƏY + FOTO

Sharing is caring!


“ABŞ təkcə dünya siyasətini təyin edən mərkəzlərdən biri deyil, həm də onun keyfiyyətini müəyyənləşdirən ölkələrdəndir. Ona görə də hazırda beynəlxalq münasibətlər sistemində və qlobal siyasətdə baş verənlərə görə məsuliyyət daşıyır”.

Bu sözləri Oxu.Az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Hikmət Babaoğlu deyib.

O qeyd edib ki, mövcud münasibətlər sistemində ikili standartların, siyasi manipulyasiyaların geniş vüsət alması həm də ABŞ-ın adı ilə bağlıdır:

“Nədənsə, bu ölkənin mənafeləri tələb edəndə bütün dövlətlər qeyd-şərtsiz onu müdafiə etmək üçün səfərbər olurlar. 2001-ci il 11 sentyabr hadisələri zamanı biz bunun ən bariz nümunəsini gördük. Ancaq digər ölkələr terrora məruz qalanda, ya da ərazi bütövlüyü təhdid ediləndə, işğal faktı ilə üzləşəndə bu, əhəmiyyətsiz bir hadisəyə çevrilir. Azərbaycanın torpaqları Ermənistan tərəfindən 30 il işğal altında saxlanılanda, biz erməni terrorunun ən eybəcər nümunələri ilə qarşılaşanda ABŞ arxada müxtəlif adlar altında ermənilərə dəstək verir, üzdə isə guya danışıqlara həmsədrlik edirdi. Bununla da “status-kvo”nun daimi olması üçün erməni işğalına dəstək olurdu. Ancaq hazırda Ukraynanın ərazi bütövlüyünün pozulmasına tamamilə fərqli reaksiya verərək, ona hər cür dəstək göstərir”.

Deputat qeyd edib ki, ABŞ üçün beynəlxalq hüquq və onun prinsipləri vahid kriteriya deyil və ayrı-ayrı ölkələrə münasibətdə fərqlidir:

“Bax elə bu cür yanaşmadan da ikili standartlar siyasəti başlayır və dünya nizamı pozulur. İndi isə biz qan tökərək ərazi bütövlüyümüzü bərpa etsək də ABŞ Qarabağda yaşayan ermənilərə dəstək verir, onları yenidən etnik separatçılığa həvəsləndirir. Onlara hansısa dəhliz tələb edir. Qısa müddət əvvəl özünün də razı olduğu Xankəndi-Ağdam yolunun açılmasında deyil, yalnız Laçın yolunun açılmasında israr edir. Belə ikili standartlarla ABŞ regionda nüfuzunu qoruya bilməz, tam əksinə, bu dövlət özünün ikili standartlar siyasətini bir daha ifşa etmiş olur”.

Aysel Aslan

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir