Dünya

Ankarada fabrikdə yanğın baş verib

Sharing is caring!


Türkiyənin Ankara şəhərinin GER-SAN Sənaye Sahəsinin Tahsin Karaman küçəsində yerləşən ikimərtəbəli süngər fabrikində yanğın baş verib. Küləyin təsiri altında alov sürətlə böyüyüb. Yanğın fabrikin qarşısında dayanan mikroavtobusa da keçib.

Şəhərin bir çox yerindən yüksələn tüstü görünüb və ilkin məlumata görə, dörd nəfər tüstüdən təsirlənib. Hadisə yerinə çox sayda xilasetmə, sağlamlıq, polis, elektrik və təbii qaz idarəsi qrupları sövq edilib.

Polis ərazidə təhlükəsizlik tədbirləri görüb və yaxınları ilə görüşmək üçün əraziyə daxil olmaq istəyənlərin qarşısını alıb. Yanğınsöndürmə briqadalarının yanğını söndürmək üçün tədbirləri davam edir.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir