Cəmiyyət

“Culfa” gömrük postunda aksiz markası olmayan siqaretlər aşkarlanıb

Sharing is caring!


“Culfa” gömrük postunda aksiz markası olmayan siqaretlər aşkarlanıb.

İdarədən verilən məlumata görə, Naxçıvan Baş Gömrük İdarəsinin “Culfa” gömrük postunda “Renault” markalı yük nəqliyyat vasitəsinə gömrük nəzarəti həyata keçirilən zaman şübhəli təsvirlər müşahidə olunduğu üçün avtomobil əsaslı yoxlamaya cəlb edilib.

Yoxlama zamanı yük nəqliyyat vasitəsinin qoşqu hissəsinin arxasında yerləşən su çəninin içərisində gizlədilmiş, aksiz markası ilə markalanmayan 1 060 qutu (21 200 ədəd) “Kent Nanotek 2.0” markalı siqaret aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir