Cəmiyyət

Biləsuvarda yardımçı tikilidə yanğın baş verib

Sharing is caring!

Biləsuvar rayonu, Bağbanlar kəndində yanğın hadisəsi olub.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Belə ki, kənd sakini Fərzəli Ağamməd oğlu Əhmədova məxsus həyətyanı sahədə yerləşən yardımçı tikili alovlanıb.

Biləsuvar rayon yanğından mühafizə bölməsinin əməkdaşlarının vaxtında müdaxiləsi ilə yanğının genişlənməsinin qarşısı alınıb.

Ümumi sahəsi 90 kvadratmetr olan yardımçı tikilinin altı kvadratmetr çardaq hissəsi və burada saxlanılan 750 kiloqram ot kipinin 250 kiloqramı yanıb.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir