Cəmiyyət

Tozlu hava şəraiti nə vaxtadək davam edəcək?

Sharing is caring!

Avtomatik stansiyalardan əldə edilən məlumatlara əsasən, dünən səhər saatlarından başlayaraq Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur.

Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupundan Oxu.Az-a verilən məlumata görə, havada tozun miqdarı 1,7-1,9 dəfə normadan artıqdır.

“Buna səbəb cənub-şərq istiqamətli küləklər vasitəsilə Türkmənistan ərazisindən ölkəmizə daxil olan toz dumanıdır. Tozlu hava şəraitinin axşam saatlarına qədər davam edəcəyi və sinoptik şəraitlə əlaqədar gecə saatlarında norma daxilinə düşəcəyi gözlənilir”, – deyə bildirilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir