Cəmiyyət

31 il əvvəl Daşaltıda itkin düşmüş şəxsin meyitinin qalıqları Şamaxıya gətirilib

Sharing is caring!


Birinci Qarabağ müharibəsi zamanı Şuşanın Daşaltı kəndində itkin düşmüş Baba Mikayılovun meyitinin qalıqları Şamaxı rayonunun Göylər kəndinə gətirilib.

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, onun cənazəsini Şamaxı Rayon İcra Hakimiyyətinin rəhbərliyi, rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları, ailə üzvləri, yaxınları, eləcə də rayon ictimaiyyətinin nümayəndələri qarşılayıblar.

Hazırda B.Mikayılovla vida mərasimi onun vaxtilə yaşadığı mənzildə keçirilir.

Mərasimdən sonra onun meyitinin qalıqları Göylər kənd qəbiristanlığında torpağa tapşırılacaq.

Qeyd edək ki, Mikayılov Baba Balakişi oğlu 1969-cu il sentyabrın 22-də Şamaxı rayonunun Göylər kəndində anadan olub.

1992-ci ilin yanvarın 26-da Şuşanın Daşaltı kəndi uğrunda edən döyüşlər zaman itkin düşüb.

Daşaltı erməni işğalından azad olunandan sonra kənddə azərbaycanlıların basdırıldığı kütləvi məzarlıq aşkarlanıb.

Ekspertiza zamanı meyit qalıqlarından birinin B.Mikayılova məxsus olduğu təsdiqlənib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir