Cəmiyyət

Azərbaycanda müasir suvarma sistemlərinin tətbiqinin nəticələri açıqlanıb

Sharing is caring!


“Azərbaycanda son illər müasir suvarma sistemləri tətbiq edən təsərrüfatlarda məhsuldarlığın iki dəfəyə yaxın artdığı, sərf edilən suyun 2,5 dəfə azaldığı müşahidə edilir”.

“Report” xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin Torpaqdan İstifadəyə Nəzarət Şöbəsinin müdiri Firudin Tağıyev Bakı Su Həftəsi (“Baku Water Week”) çərçivəsində Azərbaycanda ilk dəfə keçirilən Beynəlxalq Su Təsərrüfatı sərgi və konfransında bildirib.

“Bunlar çox gözəl göstəricilərdir, o deməkdir ki, kənd təsərrüfatı intensiv inkişafdadır. Hər bir fermer müasir suvarma üsullarından istifadə etməklə suya qənaət edib, fəaliyyətini yüksək səviyyədə, dayanıqlı qurmalı, su və torpaq resurslarını qorumalıdır. Selləmə suvarma torpaqda şoranlaşma yaradır, məhsuldarlığı azaldır. Bu, bir növ resurslardan kortəbii istifadədir və onların deqradasiyasına səbəb olur. Biz davamlı olaraq müasir suvarma sistemlərindən istifadəni təşviq edirik və təşviqat bundan sonra da davam etdiriləcək”, – deyə o qeyd edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir