Cəmiyyət

Cəlilabadda avtomobil traktorun qoşqusuna çırpılıb: Xəsarət alanlar var

Sharing is caring!


Cəlilabad rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Uzuntəpə kəndində qeydə alınıb.

Belə ki, avtomobilin traktorun qoşqusuna çırpılması nəticəsində üç nəfər xəsarət alıb. Yaralılar rayon xəstəxanasına aparılıblar. Onların şəxsiyyəti və hadisənin təfərrüatı dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir