Dünya

Rusiyada hərbi jurnalistin öldüyü partlayışla bağlı Darya Trepovaya hökm oxundu

Sharing is caring!


Rusiyanın Sankt-Peterburq şəhərində kafedə hərbi müxbir Vladlen Tatarskinin ölümü ilə nəticələnən terror aktında təqsirli bilinən Darya Trepovaya hökm oxunub. O, 27 il müddətinə azadlıqdan məhrum edilib, həmçinin 600 min rubl (11,5 min manat) cərimələnib.

Məhkəmə 26 yaşlı müttəhimi terror aktında, partlayıcı qurğunun qanunsuz dövriyyəsində və sənədlərin saxtalaşdırılmasında təqsirli bilib.

Trepova özünü yalnız sonuncu maddədə günahkar sayıb.

Həmçinin Trepovanı mənzilində gizlədən Dmitri Kazintsevə də hökm oxunub, o, 1 il 9 ay müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, Vladlen Tatarski kimi tanınan Maksim Fomin 2023-cü ilin aprel ayında Sankt-Peterburqda kafedə sui-qəsd zamanı həlak olub. Belə ki, Darya Trepovanın hərbi müxbirə verdiyi heykəlcik onun əlində partlayıb. Terror nəticəsində 50-dən çox insan yaralanıb. Trepova Ukraynadan olan kuratorların göstərişi ilə hərəkət etdiyini bildirib, lakin onun sözlərinə görə, heykəlcikdə dinləmə qurğusu olduğunu düşünüb.

Mənbə: Kommersant.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir