Cəmiyyət

Şəkidə yeni doğulan körpə ölüb

Sharing is caring!


Şəkidə Regional Perinatal Mərkəzdə ölüm faktı qeydə alınıb.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, Qəbələ rayonu Mıxlıqovaq kənd sakini Qalibə Cavadova fevral ayının 13-ü tarixində dünyaya uşaq gətirib.

Yeni və vaxtsız doğulan uşaqda qüsurlar olduğu üçün Şəkidə Regional Perinatal Mərkəzinə yerləşdirilib. Aparılan müdaxilələrə baxmayaraq, körpə martın 9-u dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir