Cəmiyyət

Məktəblərin qarşısındakı itlərlə bağlı açıqlama – VİDEO

Sharing is caring!


“Məktəbdən övladını gətirən analara azyaşlı uşaqları ilə birgə elə bu ərazidə itlər dəfələrlə hücum edib. Gec saatda dərsdən çıxıb gələn uşaqlarımıza görə çox narahatıq”.

Bu şikayətlə “Qafqazinfo”ya Sumqayıt şəhər 17-ci və 18-ci mikrorayonların bir qrup sakini müraciət edib.

Sakinlərin sözlərinə görə, 4 və 39 nömrəli məktəblərin önü sahibsiz itlərlə doludur:

 “Bu ərazidə yerləşən beşmərtəbəli binaların arxa tərəfində itlər lap sürü ilə gəzirlər. Bir həftə bundan öncə valideynlərdən biri məktəbdən uşağını götürüb qayıdanda 7 it üstlərinə cumub. Qonşular güclə itləri qova biliblər. Bu hal birinci dəfə deyil ki, yaşanır. Demək olar ki, hər gün bu vəziyyətdir. Bunun qorxusu elə bəs edir. Dəfələrlə şikayət etsək də, baxılmır, heç bir tədbir görülmür”.

Məsələ ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətinə sorğu ünvanlanıb. Qurumdan müraciətə belə cavab verilib:

“Məlumat üçün bildirək ki, Sumqayıt şəhərində sakinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə davamlı olaraq sahibsiz itlərin götürülməsi və sığınacaqlara yerləşdirilməsi işləri həyata keçirilir. Eyni zamanda, sahibsiz itlərin peyvəndlənməsi işləri aparılır. Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən aidiyyəti qurumlara tədbirlərin daha da gücləndirilməsi üçün tapşırıqlar verilib”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir