Cəmiyyət

Millət vəkili: “Penitensiar Xidmətin əməkdaşlarının sayı artırılmalıdır”

Sharing is caring!


“Məhkum olunmuş şəxslərin islah edilməsi və onların cəmiyyətə qazanılması isə vacib məsələlərdən biridir. Hazırda penitensiar sahədə müxtəlif istiqamətlər üzrə tədbirlər həyata keçirilir. Narahatlıq yaradan məsələ isə təkrar cinayətkarlıq hallarındakı ciddi artım tendensiyasıdır. Hesab edirəm ki, məhkumların islah edilməsi, həm də onların azadlığa çıxdıqdan sonra cəmiyyətə inteqrasiyasına dəstək ola biləcək ən mühüm amil əməklə məşğul olmalarıdır. Məhkumlarla müvafiq peşə kursları keçirilir, onlar müxtəlif ictimai faydalı əməklə məşğuldurlar. İctimai faydalı əmək məhkumların islah edilməsinin əsas vasitələrindən biri olsa da, digər vasitələrdən ayrıca səmərəli ola bilməz”.

“Unikal” xəbər verir ki, bu barədə deputat Kamal Cəfərov Milli Məclisdə çıxışı zamanı deyib.

K.Cəfərov bildirib ki, digər əsas islah vasitələrindən olan cəzaçəkmə müəssisələrində rejim, tərbiyə işi və sair digər alətlərin effektiv tətbiqi üçün belə müəssisələrin əməkdaşları ilə məhkumların faiz nisbətini  uyğunlaşdırmaq lazımdır:

“Penitensiar Xidmətin rəhbərliyinin apardığı araşdırmaya əsasən, azadlığa buraxılmış şəxslərin çox az faizi işə götürülür. İşəgötürənlər ən yaxşı halda ya restoranda ofisiant işləyirlər, ya da taksi sürücüsü kimi fəaliyyət göstərirlər. İş tapa bilməyənlər, sosial-iqtisadi vəziyyəti aşağı olanlar isə inteqrasiya oluna bilmirlər, əksinə cinayət törətməyə meyilli olurlar. Cəmiyyət azadlığa çıxmış şəxslərin həm inteqrasiya olunmasını arzulayır, həm də ən sadə işləri onlara qıymır, yaraşdırmır”. 

Deputat qeyd edib ki, bu məsələdə ictimai təfəkkürü dəyişməyin vaxtıdır:

“Bu sahədə həyata keçirilən tədbirlərin mahiyyətinə yeni baxış lazımdır”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir