Dünya

Messi Çempionlar Liqasında rekorda imza atıb – FOTO

Sharing is caring!

PSJ Çempionlar Liqasının qrup mərhələsinin beşinci turunda İsrailin “Makkabi” klubunu qəbul edib.

Oyun parislilərin 7:2 hesablı inamlı qələbəsi ilə bitib.

Matç argentinalı ulduz futbolçu Lionel Messi üçün əlamətdar olub.

İsrail klubuna qarşı oyunda meydana çıxan Messi Çempionlar Liqası tarixində bir matçda iki qol vurub, iki məhsuldar ötürmə edən ən yaşlı futbolçu (35 yaş və 123 gün) olub.

Qeyd edək ki, PSJ ötən gün qazandığı qələbə nəticəsində beş turdan sonra vaxtından əvvəl turnirin pley-off mərhələsinə yüksəlib.

Mənbə: “OptaJoe” “Twitter” səhifəsi

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir